Paşinyan KTMT-ni şantaj edir -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan KTMT-ni şantaj edir - Politoloq

Siyasət

06 Oktyabr 2020 11:50 2789


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) oktybarın 12-dən 16-na qədər Belarusda hərbi təlim keçirəcək. Məlumdur ki, bu təşkilata üzv dövlətlərdən biri də hazırda müharibə şəraitində olduğumuz Ermənistandır. Lakin Ermənistanın  Müdafiə Nazirliyi bu dəfə təlimə qatılamayacaqlarını açıqlayıb. Bununla işğalçı dövlət həm KTMT-dən incikliyini nümayiş etdirir, həm də təşkilatı şantaj etməyə çalışır. 

Maraqlıdır, Ermənistan KTMT-ni şantaj etməklə nəyə nail ola bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Ermənistan KTMT-ni şantaj etməklə heç nə əldə etməyəcək, tutduğu bu yol onun üzv dövlətlərlə münasibətini soyudacaq: Dördpendirli pizza

“Lap yaxşı, şantaj eləsin də, nə qazancı olacaq ki?  Ermənilər yanlış olaraq düşünürdülər ki, guya Rusiya və ya KTMT-nin digər üzvləri gəlib Ermənistanı Azərbaycandan qorumalıdır.  Müharibə Azərbaycan ərazisində gedir və bizim hədəfimiz işğal altındakı torpaqlarımızı azad etməkdir.  Biz Ermənitana hücum etmirik ki, Rusiya və ya KTMT gəlib prosesə müdaxilə etsin. Ermənilər düşünürlər ki, niyə onlara dəstək yoxdur? Niyə Paşinyan Putinə 4 dəfə zəng vurduğu halda, Putin reaksiya vermir?! Onlar məhz bundan narazıdırlar, əsəbidirlər”.

Politoloqun sözlərinə görə, hazırda ermənilər o vəziyyətdə deyil ki, gedib başqa bir ölkədə hərbi təlimlərdə iştirak etsinlər:

“Məğlubiyyətlə üzləşirlər və bütün fikirləri prosesi necə dəyişə biləcəklərinə yönəlib. Bu isə alınmır. Əlbəttə ki, fiziki olaraq da Belarusda hərbi təlimlərdə iştirak edə bilməzlər. Çünki cəmiyyətləri sual verə bilər ki, biz nə hayda, siz nə hayda? Əgər iştirak etsə, belə bir görüntü yaradacaq ki, guya hər şeydən razıdır. Razı olmadıqlarını nümayiş etdirmək üçün məhz həmin təlimlərə qatılmırlar.  Heç bir ölkə də gəlib onları xilas etmir, edə də bilməz. Müəyyən açıqlamalar, bəyanatlar var ki, müharibə dayansın. Amma bunların heç biri bizim üçün əsas deyil, bizim sadə şərtimiz var, onu yerinə yetirsələr, atəşkəs olar, danışıqlar da bərpa edilər. Onlar qoşunları işğal altında olan bölgələrdən çıxarmalıdırlar. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, bizə bir qrafik verməlidirlər ki, hansı mərhələdə necə çıxacaqlar. Amma buna onlar hələ ki hazır deyillər. Çünki Paşinyan bunu etsə, həmin gün hakimiyyətini itirəcək”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!