Paşinyan küncə dirəndi: İndi cırmaq atır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan küncə dirəndi: İndi cırmaq atır

Siyasət

05 Oktyabr 2020 16:52 2188


Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Dağlıq Qarabağda yeni eskalsiya başlamamış, yəni, “sentyabr döyüşləri”ndən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bu ölkəni terror dövləti adlandırmışdı.

“Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır”, - deyə İlham Əliyev bəyan etmişdi.

Sentyabrın 27-dən etibarən alovlanan müharibə zamanı Prezidentin bu fikirləri birmənalı şəkildə təsdiqi tapdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə bölgəsinə aid olmayan ərazilərini ağır artilleriyadan atəş tutması, mülki obyektləri və şəxsləri hədəf alması rəsmi İrəvanın terrorçu mahiyyətini ortaya qoydu. Həmçinin münaqişə bölgəsindən xeyli aralıda yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşerona raket atılması Ermənistanın terroçu dövlət olması şübhə edənlər üçün də mesaj sayılmalıdır. Sezar pizza

Əlbəttə ki, rəsmi İrəvanın Qarabağdan kənarda yerləşən Azərbaycan ərazilərini atəşə tutması həm də münaqişənin miqyasını genişləndirmək, bölgədəki maraqlı aktorları, xüsusilə Rusiyanı müharibəyə cəlb etmək istəyir. Məsələ burasındadır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistan Azərbaycanı təxribatı çəkərək Bakının İrəvanı vurmasına çalışır. Bu addım isə KTMT-yə üzv ölkələrin, əsas da Rusiyanın münaqişəyə cəlb olunması şərtləndirə bilər. 

Hələlik Azərbaycan təmkinli davranır. Lakin İrəvan Gəncəyə, Mingəçevirə, Xızıya və Abşerona raket atmaqla regioal əhəmiyyətə malik obyektləri hədəfə almaqla, böyük faciələrə səbəb olacaq addımlara gedir. Açıq-aşkar terrorçu dövlət nümayiş etdirir. Bu baxımdan bəzi ekspertlər hesab edir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 51-ci maddəsini əsas götürərək terromu xunta rejiminə lazımi cavab vermək hüququ var. 

Məlumat üçün deyək ki, 51-ci maddə BMT-yə üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Rəsmi İrəvan isə nəinki buna mane olmağa cəhd edir, hətta Azərbaycana qarşı faktiki olaraq terror aktı törədir. Dünya ictimaiyyəti nəhayət anlamalıdır ki, İrəvanın terrorçu davranışlarına son qoyulmayınca bölgədə uzunmüddətli sülhün bərqərar olması müşkülə çevirlə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!