Paşinyan Laçındakı ermənilərə söz verdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Laçındakı ermənilərə söz verdi

Rəsmi

18 Avqust 2022 09:36 1426


Nikol Paşinyan komandasına bildirib ki, Moskvada keçiriləcək üçtərəfli görüş zamanı Zabux və Laçın şəhərində yaşayan ermənilərin təxliyəsini təxirə salmaq üçün hər şeyi edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə xəbəri Ermənistanın “Hraparak” qəzeti yayıb.

Qeyd edilib ki, Ermənistanın baş nazirinin məqsədi vaxt qazanmaqla “Laçın dəhlizi”ndən keçən kommunikasiya xətlərinin (qaz, elektrik, internet) Xankəndini Ermənistanla bərləşdirən yeni daşınmasına nail olmaqdır. pizza sifarişi

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşalmaq üçün avqustun 25-nə kimi vaxt verib.

Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Moskvada üçtərəfli görüşü gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!