Paşinyan Mehridən qaçdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Mehridən qaçdı - Video

Dünya

21 Aprel 2021 13:26 697


Ermənistanın Baş naziri Nikol Paşinyan yüzlərlə sakinin qatıldığı etiraz aksiyasından sonra ölkənin cənubunda yerləşən Zəngəzur vilayətinin Mehri şəhərini tərk edib.

Yenisabah.az xəbər verir ki, yerli informasiya portalları etiraz aksiyasını canlı yayımlayıb.

Nikol Paşinyanın regiona səfərinə etiraz edən aksiya iştirakçıları şəhərin mərkəzinə toplaşıb və yolları bağlayıb. Onlar Baş naziri satqınlıqda təqsirləndirən şüarlar səsləndirib və Azərbaycan qarşısında kapitulyasiyada ittiham ediblər. Etirazçılarla aksiyanın qarşısını almağa çalışan polis arasında toqquşmalar baş verib. Sezar pizza

Bundan sonra etirazçılar Nikol Paşinyanı Mehri şəhərinə girməyə qoymayıb. Baş nazir şəhərin küçələrini gəzməyi planlaşdırsa da, aksiya iştirakçıları onun yolunu kəsərək hökumət əleyhinə şüarlar səsləndirib. Bunda sonra Nikol Paşinyan avtomobilinə əyləşərək şəhəri tərk etməyək məcburiyyətində qalıb. (İkisahil.az)

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra Nikol Paşinyana və Ermənistan hökumətinə qarşı etiraz aksiyaları başlayıb. Müxalifət məğlubiyyətin məsuliyyətini Baş nazir Nikol Paşinyanın üzərinə qoymağa çalışır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!