Paşinyan Minsk qrupunu “diriltdi“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Minsk qrupunu “diriltdi“

Rəsmi

22 Aprel 2022 16:48 510


“Rusiya Federasiyasının prezidenti ilə danışıqların mühüm nəticələrindən biri Dağlıq Qarabağ münaqişəsin həlli kontekstində ATƏT-in Minsk qrupunun həmsədrliyi beynəlxalq mandatının vacibliyini vurğulamadır”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib:

“Mənim Moskvaya səfərimdən bir neçə gün əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı, fransalı və amerikalı həmsədrlərinin Ermənistana səfərini qeyd etsək, o zaman deyə bilərik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin buraxılması ilə bağlı qiymətləndirmələr əsassızdır”. pizza

Baş nazirin sözlərinə görə, Ukraynada baş verən hadisələrin həmsədrlərin birgə fəaliyyətinə çətinliklər yaratsa da, bütün həmsədr ölkələr münaqişənin həlli ilə bağlı öz mandatına sadiq qalırlar.

“Amma həmsədrlərin belə şəraitdə fəaliyyət göstərməsi, regiona səfərlər etməsi, Dağlıq Qarabağın nizamlanmasına dəstək vermək öhdəliyini siyasi müstəvidə müəyyənləşdirmə istəyi nikbinliyə ciddi əsas verir”, - Paşinyan vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!