Paşinyan, Mirzoyan, yoxsa... - Ermənilər Bakıya gəlmək üçün dava edirlər 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan, Mirzoyan, yoxsa... - Ermənilər Bakıya gəlmək üçün dava edirlər 

Siyasət

05 Sentyabr 2024 14:34 4518


“Ermənistanın hakim partiyasında COP-29 tədbirində iştirak etmək üçün Bakıya getmək uğrunda mübarizə gedir. Bu tədbir başqa ölkədə keçiriləndə, misal üçün, 2018-ci ildə Polşada təşkil olunanda İrəvanda iştirakla bağlı o qədər də maraq yox idi. Mən Polşada səfir kimi bu prosesin içində olmuşam. İndi məkan Bakı olduğu üçün hər kəs ora getməyə can atır”. 

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib. 

Qazaryan bildirib ki, Paşinyanın özü Bakıya getmək niyyətindədir. pizza sifarişi

“Bununla yanaşı, Ararat Mirzoyan da getmək istəyir. Ovik Ağazaryan da getmək istəyənlər arasındadır. “Mülki müqavilə” partiyasının daxilində dava gedir”, - o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!