Paşinyan onlardan birini nazir təyin edəcək

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan onlardan birini nazir təyin edəcək

Rəsmi

12 Dekabr 2022 15:30 787


Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyanın istefasından sonra müvafiq posta kimin təyinat alacağı barəsində müxtəlif spekulyasiyalar səslənib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, məlum posta yaxın zamanlarda 2 şəxsdən biri gələ bilər.

Erməni nəşri yazır ki, ilk namizəd təhsil sisteminə tam hakim olan Janna Andreasyan olması mümkündür. Onun bu posta gəlməsi təbii qarşılanacaq: pizza mizza

“Bu namizədin təyinatının mənfi tərəfi odur ki, o, Sorosun fikirlərinin daşıyıcısıdır və Sorosun təhsil konsepsiyasına uyğun olaraq, təhsil sistemini tamamilə yenidən formalaşdırır.

Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə ikinci namizəd isə keçmiş diaspor naziri, son illərdə Paşinyanın arvadı Anna Akopyana məxsus “Mənim addımım” fondunun icraçı direktoru olmuş Mxitar Ayrapetyandır.

Bu ad nazirlik üçün dəhşətverici ola bilər. Ayrapetyan Diaspora Nazirliyində işləyərkən yaxşı xatirələr saxlamayıb və bu sistemdə onun təyinatının əleyhinə olanlar çoxluq təşkil edəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!