Paşinyan onu gözləyən etirazçıları aldatdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan onu gözləyən etirazçıları aldatdı

Rəsmi

26 Mart 2021 19:59 879


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumət binasına gəldikdən sonra İrəvan sakinləri etiraz aksiyası keçirmək üçün həmin əraziyə toplaşıblar. Bu barədə "Hraparak" saytı məlumat yayıb. Qeyd edilib ki, Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar qısa müddətdə üçüncü hökumət binasının qarşısındakı mitinqlərini dayandırıblar. Buna səbəb baş nazirin binada bir neçə saat qaldıqdan sonra arxa qapıdan qaçması olub.

"Paşinyan onu çöldə gözləyən vətəndaşlarla qarşılaşmamaq, onun istefasının tələb edən kütlənin gözünə görünməmək üçün üçüncü hökumət binasını "qara çıxış"ndan tərk etdi”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistan baş nazirinin hökumət binasına gəlişindən bir neçə dəqiqə əvvəl "Daşnaksütyun" partiyasının funksionerləri binanın qarşısındakı parkda saxlanılaraq ərazidən uzaqlaşdırılıblar. /Virtualaz.org Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!