“Paşinyan ordunu günah keçisinə çevirib“ - Müxalifətçi

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan ordunu günah keçisinə çevirib“ - Müxalifətçi

Rəsmi

06 Sentyabr 2022 11:35 1031


"Artıq müharibəsinin ikinci illiyinə az qalıb, lakin indi anlaşılmaz şəkildə bir sıra yüksək rütbəli zabitlərə qarşı fəaliyyətsizlik, səhlənkarlıq, habelə Şuşanın təhvil verilməsi və digər məsələlərdə ittiham olunan bir sıra işlərə başlanılıb".

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, bu sözləri erməni rejissor, siyasi aktivist Artur Karapetyan deyib.

O əlavə edib: pizza hut

“Müharibədən az sonra Baş Qərargah idarəsinin hərbçiləri hakimiyyətdən istefa tələbi ilə bəyanat yaydılar və bunun fonunda yüksək rütbəli hərbçilərin günah keçisi edilməsi hakimiyyətin özləri üçün ciddi təhlükə ehtiva edə bilər. Orduda elə dəyişikliklərin təşəbbüskarı olublar ki, Baş Qərargah rəisi müdafiə nazirinə tabe olur və Baş Qərargah müstəqillikdən məhrum edilir.

Digər tərəfdən, ola bilsin ki, hakimiyyət Azərbaycana edilən güzəştləri təsdiqləməyə hazırlaşır və proses o həddə çatıb ki, artıq barışıq sazişi ilə bağlı danışıqlardan, müvafiq komissiyaların formalaşdırılmasından söhbət gedir.

Hakimiyyət günahkarları təyin etməklə, oxları ordunun yüksək rütbəli hərbçilərinə yönəltmək imkanı əldə edəcək. Onlar ordunu məhv edərək öz hərəkətlərini onunla əsaslandırırlar ki, indi sadəcə olaraq sülh sazişi imzalamaq yolu ilə getməlidirlər. Amma problem ondadır ki, Ermənistanın məğlubiyyəti təkcə hərbi sahədə deyil, çünki bu, həm də diplomatik və siyasi uğursuzluğun nəticəsidir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!