Artıq beşinci gündür ki, Ermənistan Baş nazirinin müavini Ambarsum Matevosyan işdən azad olunmaq üçün ərizə verib, lakin bu günə kimi onun yerinə başqa bir təyinat olmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Erməni nəşri “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrindən öyrənib ki, Nikol Paşinyan çıxılmaz vəziyyətdədir və Baş nazirin müavini vəzifəsinə namizəd axtarır. Toyuqlu pizza
Bu müddət ərzində Ermənistan hökumətinin aparat rəhbəri Araik Arutyunyanın Baş nazirin müavini vəzifəsinə təyin edilməsi üçün hər şey edilir. Nikol Paşinyan isə hələ dəqiq qərar verməyib.
Dilemmaya səbəb hakim partiya üzvlərinin Araik Arutyunyanla bağlı narazılığı olub.
Telegram kanalımız