2018-ci ildə inqilabla hakimiyyətə gələn Ermənistanın Baş naziri Nikol Paşinyan bəlkə də siyasi karyerasının son akkordlarını vurur.
Yenisabah.az xəbər verir ki, Paşinyanın bu gün Ermənistan xalqına müraciətində səsləndirdiyi fikirlər bu ehtimalı daha da artırır.
Ermənistanın Baş naziri Azərbaycan Ordusunun uğurlarını etiraf edir. Bununla yanaşı Dağlıq Qarabağla bağlı əvvəlki mövqeyindən geri çəkilmir. Azərbaycana bir qarış da torpaq verilməyəcəyini bəyan edir və s. Sezar pizza
Əslində, Nikol Paşinyan, faktiki olaraq, tələyə düşdüyünü anlayıb. Oktyabrın 9-da Moskvada baş tutan danışıqlardan sonra atəşkəsin kəsilməməsi, Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatlarda erməni hərbi birliklərinin məğlubiyyəti Ermənistanın hərbi resurslarının tükənməsi fonunda baş verir. Bu isə hakimiyyətdə olan komandanın perspektivinə ciddi təhlükədir. Müşahidələr göstərir ki, Kreml Qarabağ məsələsində Paşinyan hakimiyyətinə dəstək verməyə o qədər də həvəs göstərmir. Bu bir tərəfdən Moskvanın Paşinyana mənfi münasibəti ilə bağlıdırsa, digər tərəfdən Rusiyanın özünü Dağlıq Qarabağın “kənarda saxlanılan” xilaskarı kimi təqdim etməsidir. Artıq onların fonunda Paşinyanın obrazı get-gedə daha sönük görünməkdədir.
Ermənistanın Baş naziri məhz bu siyasi effektsizliyi aradan qaldırmaq üçün ictimai rəydə maksimalist olmaqdan başqa çıxış yolu görmür. Və davamlı məğlubiyyətlərə baxmayaraq, hərbi əməliyyatların davam etdirilməsi üçün siyasi səbəblər axtarışındadır və bu siyasi səbəbləri qabardaraq həm də məsuliyyəti erməni cəmiyyəti ilə bölüşmək istəyir.
Paşinyan anlayır ki, məğlub olmaqda olan ordunun qarşısında siyasi zəiflik göstərsə, siyasi element olaraq tarixin arxivinə atıla bilər. Buna görə də son məğlubiyyətə qədər israrlı olmaqla bu məğlubiyyəti bütün cəmiyyətlə bölüşmək fikrindədir.
Telegram kanalımız