Ermənistandakı bəzi çevrələr Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını heç cür həzm edə bilmirlər.
Elə bu arada baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı növbəti açıqlaması bəzi erməni iş adamlarını hiddətləndirib.
Yenisabah.az xəbər verir ki, Paşinyanın “Şuşaya heç bir sərmayə qoyulmayıb, orada yalnız bir oliqarx ev tikmişdi” açıqlaması qəzəblə qarşılanıb. Pepperoni pizza
Ermənistan Futbol Federasiyasının keçmiş sədri, sabiq deputat, iş adamı Ruben Ayrapetyan baş naziri bu açıqlamaya görə “psixopat” adlandırıb.
"Mən daha nə deyə bilərəm? Bu adam psixopatdır, müalicəyə ehtiyacı var. O qədər məlumatsız adamdır ki, Qarabağa və Şuşaya o qədər nifrət edir ki, ora hansı investisiyaların qoyulduğunu bilmir. Bu sərmayələr təkcə mənimlə bağlı deyil. Konstantin Manukyan, Sarkisov qardaşları, Rusiyadan olan Karo, Samvel Karapetyan o qədər sərmayə qoyduq”.
Ruben Ayrapetyan Paşinyanın reginonlarda keçirdiyi görüşlərdə insanları aldatdığını deyib.
Telegram kanalımız