Paşinyan Putini aldatdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putini aldatdı

Dünya

08 Aprel 2021 15:10 1050


Ermənistanın səhiyyə naziri Anait Avanesyan baş nazir Nikol Paşinyanın ölkədə “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı sözlərinə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, Nikol Paşinyanın Rusiya prezidenti Putinlə görüşdə dediyi sözlər qalmaqal yaradıb. Erməni mediası yazır ki, Paşinyan Putini aldadıb.

Qeyd edilir ki, Moskvada keçirilən görüşdə Rusiya lideri Vladimir Putin Rusiya istehsalı olan peyvəndin Ermənistanda qeydiyyatdan keçib-keçməməsini soruşub. Paşinyan bu suala müsbət cavab verərək  Rusiya istehsalı olan peyvəndin Ermənistanda qeydiyyatdan keçdiyini deyib. O, Ermənistanın bir milyon dozadan çox “Sputnik” vaksini almaq istədiyini qeyd edib. Amma bundan sonra erməni mediası və sosial şəbəkə istifadəçiləri Paşinyanın Putinə yalan dediyini, Rusiya peyvəndinin Ermənistanda qeydiyyata alınmadığını yazıblar. Toyuqlu pizza

Ermənistanın səhiyyə naziri Anait Avanesyan bu məsələyə aydınlıq gətirib. Nazir qeyd edib ki, "Sputnik V" vaksini digər peyvəndlər kimi Ermənistanda fövqəladə hallarda istifadə üçün təsdiqlənib. Bu, tam mənada icazə deməkdir. Paşinyan da bunu nəzərdə tutub. (İkisahil.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!