Paşinyan Putinlə ixtilafını dilə gətirdi: “Təhdid dilində dialoq ola bilməz”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putinlə ixtilafını dilə gətirdi: “Təhdid dilində dialoq ola bilməz”

Dünya

31 Yanvar 2025 17:31 445


Yerevanla Moskva arasında dialoq təhdid dili ilə aparıla bilməz.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 17-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən mətbuat konfransında bildirib.

"Aydındır ki, Aİ-yə üzvlük haqqında qanun layihəsi ilə bağlı Rusiyanın narahatlığı var. Bu, faktdır ki, bizim də Rusiya Federasiyasının siyasəti və mövqeyi ilə bağlı müəyyən narahatlıqlarımız mövcuddur. Lakin söhbətimiz heç vaxt “təhdid dilində” olmayıb və olmayacaq”. Pepperoni pizza

Paşinyanın sözlərinə görə, Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanunun qəbulunu rədd edərsə, o zaman müəyyən müddətdən sonra müvafiq referendum keçiriləcək.

"Bəs niyə Ermənistan vətəndaşları arasında Aİ ilə bağlı bu cür fikirlər və istəklər formalaşıb? Bu, həm də Ermənistan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlıdır. Ermənistanla Rusiya arasında bu barədə söhbət olub və davam edir. ", - Paşinyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!