Ermənistanın Baş naziri Nikol Paşinyan çaşaraq Rusiya Prezidenti Vladimir Putini Fransa lideri adlandırıb.
Yenisabah.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, parlamentdə Qarabağdakı münaqişənin böyüməsi tarixindən danışarkən, bu biabırçılıq baş verib.
Baş nazir 2020-ci ilin payızında əldə edilən üçtərəfli razılaşmanın detallarından bəhs edib. O, Dağlıq Qarabağa dair atəşkəs bəyanatından bəhs edərkən deyib: ”Oktyabrın 1-də ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Fransa prezidenti Vladimir Putin tərəfindən verilən açıqlamaya uyğun olaraq..." pizza mizza
Paşinyanın işlətdiyi ifadə qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Baş nazir Rusiya ilə hərbi ittifaqın respublikanın xarici təhlükəsizliyinin təməli olduğunu da bildirib. Paşinyanın sözlərinə görə, “Ermənistana hücum Rusiyaya hücum deməkdir”.
Telegram kanalımız