“Regionumuz üçün çətin dövrlərdir, təhlükəsizlik problemləri var”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumu (ŞİF) zamanı bildirib.
“Bütün dünya ictimaiyyətinin və xüsusən də Ermənistanın təhlükəsizlik sahəsində strateji tərəfdaşının diqqəti Ukrayna ətrafında yaranmış vəziyyətə yönələndə bunun regionumuzda sabitliyin pozulmasına gətirib çıxara biləcəyi ilə bağlı konkret qorxular yaranır”, - deyə Paşinyan vurğulayıb. Sezar pizza
O xatırladıb ki, 2020-ci ildə Qarabağ müharibəsi zamanı Rusiya və beynəlxalq ictimaiyyətin diqqəti koronavirus probleminə yönəlib.
Paşinyan ümid edir ki, Rusiya ilə sıx tərəfdaşlıq şəraitində regionda vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq.
Telegram kanalımız