Paşinyan Qarabağ separatçılarını niyə qəbul etmədi?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Qarabağ separatçılarını niyə qəbul etmədi?

Rəsmi

12 Oktyabr 2022 11:52 2045


Qarabağda qondarma rejimin rəhbəri Araik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 11-də İrəvana gəlib. Lakin Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə hələ də separatçı həmkarlarını qəbul etməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri mövzunu belə davam etdirib: pizza mizza

“Bazar günü axşam Praqa görüşündən və Nikol Paşinyanın əldə etdiyi razılaşmalardan sonra “Artsax”da etiraz dalğası yüksəlib. Bu zaman Araik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan “Artsaxpress”ə məlumat vermişdi ki, “Artsax Respublikasının prezidenti” Araik Arutyunyanın başçılıq etdiyi işçi nümayəndə heyəti İrəvana gedəcək və orada Ermənistan hakimiyyəti ilə “Artsax” və Ermənistan ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

“Səfərin əsas məqsədi 2022-ci il oktyabrın 6-dakı Praqa açıqlanan dördtərəfli bəyanat, o cümlədən Ermənistanla Azərbaycanın BMT Nizamnaməsi çərçivəsində bir-birinin ərazi bütövlüklərini tanıması ilə yanaşı, 1991-ci il Alma-Ata Bəyannaməsini müzakirə etməkdir. Buna görə də İrəvana “Artsax” nümayəndə heyətinin üzvlərindən “Artsax Milli Məclisinin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” Davit Babayan, “Artsax Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri” Vahram Balayan və “prezidentin müşaviri” Masis Mayilyan səfər edib”, - deyə Avanesyan əlavə edib. 

Həmçinin, bizə dedilər ki, dünən axşam saat 18:00-a olan məlumata görə, hələ də hər hansı formatda görüşlə bağlı məlumat yoxdur və rəsmi kulisdən Nikol Paşinyan görüşü gecikdirdiyi barədə məlumat alırıq. Xarici işlər naziri hələ də onları qəbul etməyib, Milli Məclisin sədri isə ölkədə deyil, bir neçə gündür Moskvada rəsmi səfərdədir.

Maraqlıdır ki, ötən gün Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Yazmışdıq ki, Paşinyan bir gün gözləyə və “Artsax”dan olan qonaqlar da həmin sessiyada iştirak edə bilərdilər. Ənənəyə görə, tərəflər növbəti Praqa razılaşmalarını müzakirə edəcəkdi. Ancaq Paşinyan sadəcə Əliyevi özünə cəlb etməyə çalışır, yəni həqiqətən də “Artsax”dan əllərini üzüb və faktiki olaraq “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyır.

Biz dünən bütün günü “Artsax”dan Ermənistana gələn nümayəndə heyətinin heç bir üzvü ilə əlaqə saxlaya bilmədik. Lakin ötən gün axşam saatlarında öyrəndik ki, Araik Arutyunyanla Nikol Paşinyan arasında görüş bu gün baş tutacaq və qərar dünən verilib”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!