Əgər məlum olsa ki, II Qaregin həqiqətən də subaylıq andını pozub və övladı var, deməli o, bütün ermənilərin katolikosu ola bilməz.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
O, xüsusilə qeyd edib: pizza mizza
"Bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna tam hörmətlə bildirirəm, lakin bütün ermənilərin katolikosunun belə şəxsi həyatı ola bilməz. Mən erməni apostol kilsəsinin davamçısı kimi bu məsələni qaldırıram, çünki mənəvi təhlükəsizlik məsələsini görürəm və Ermənistanın baş naziri kimi də bu barədə danışıram, çünki dövlət təhlükəsizliyi məsələsini görürəm.
Müqəddəs Eçmiədzinin Ana taxt-tacı bu vəziyyətlə bağlı mövqe bildirməlidir, bundan sonra məsələyə əlavə aydınlıq gətiriləcək”.
Telegram kanalımız