Avqustun 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə Ermənistan-Gürcüstan sərhədində görüşüb.
Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Armen Xaçatryan məlumat verib.
Qeyd edək ki, Ermənistan-Gürcüstan sərhədinin Sadaxlo (Sadıxlı)-Baqrataşen (Ləmbəli) keçid məntəqəsində “Berekamutyun” adlı körpünün tikintisinə 2021-ci ilin mayında başlanılıb. İki hissədən ibarət yeni körpü beynəlxalq standartlara cavab verir. Körpü avqustun əvvəlində sınaq istismarına verilib. pizza mizza
Bildirək ki, Sadaxlo-Baqrataşen sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistan Yuxarı Lars yolu istiqamətində Rusiyaya çıxış eldə edir.
Telegram kanalımız