Azərbaycan Ordusunun sarsıdıcı zərbələri Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasını dəyişməyə məcbur edib.
Yenisabah.az xəbər verir ki, artıq Paşinyan dinc danışıqları önə çəkməyə başlayıb. O, Belarusun paytaxtı Minskdə keçirilən Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında deyib ki, dinc danışırlarının alternativi yoxdur.
“Münaqişənin güc yolu ilə həlli yoxdur. Sülh danışıqları regionun bütün xalqlarının maraqlarına cavab verir Qarabağ münaqişəsinin həlli üçün dinc danışıqların alternativi yoxdur”, - deyə Paşinyan vurğulayıb. Dominos pizza
O, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəddində gərginlik hələ də davam edir.
Telegram kanalımız