Paşinyan Rikeri qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rikeri qəbul etdi

Rəsmi

10 Sentyabr 2022 13:32 1062


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Filip Rikeri məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun regiona səfərini alqışlayıb.

Hökumət başçısı “Dağlıq Qarabağ münaqişəsi”nin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu vurğulayıb. Nikol Paşinyan ATƏTİN-in həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpa olunmasını və “Dağlıq Qarabağ problemi”nin hərtərəfli həlli kontekstində sonuncunun təcrübəsindən istifadə olunmasını vurğulayıb. pizza hut

Həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!