Rusların bir ayağı İrəvandadır - Paşinyan Overçuku qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusların bir ayağı İrəvandadır - Paşinyan Overçuku qəbul etdi

Rəsmi

22 Dekabr 2021 12:30 531


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin iştirak edib. pizza sifarişi

Qeyd edək ki, Rusiya Federasiyası Baş nazirinin müavininin rəhbərlik etdiyi idarələrarası nümayəndə heyəti Ermənistan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün İrəvanda səfərdədir.

Tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!