Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir Ermənistan-Rusiya münasibətlərində tez-tez rəsmi səfərlər şəklində qeydə alınan intensivliyi məmnunluqla qeyd edib.
Nikol Paşinyan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın vacibliyini vurğulayıb, həmçinin Yuxarı Lars keçid məntəqəsində yaranan böhranlı vəziyyətlərin həlli istiqamətində Rusiya tərəfinin səylərini və operativ reaksiyasını yüksək qiymətləndirib. pizza
Telegram kanalımız