Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan Moskvada Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya strateji gündəminin məsələlərini müzakirə edəcəklər. pizza sifarişi
Tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası, hərbi əməliyyatlardan zərər çəkmiş Dağlıq Qarabağ əhalisinə humanitar yardımın verilməsi, həmçinin iqtisadi və bölgədəki nəqliyyat kommunikasiyalarının açılması məsələləri barədə fikir mübadiləsi aparacaqlar.
Telegram kanalımız