Paşinyan Rusiyaya niyə gedir? - Kremlin sözçüsü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rusiyaya niyə gedir? - Kremlin sözçüsü danışdı

Rəsmi

07 İyul 2021 14:00 1216


“Paşinyanın parlament seçkilərində kifayət qədər inamlı qələbə qazanmasından sonra bu, ilk xarici səfəridır”.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiyaya səfərinin vacibliyini vurğulayaraq, Rusiya lideri Vladimir Putinlə görüşünün günortadan sonra baş verəcəyini qeyd edib. "Günortadan sonra Moskvaya işgüzar səfərə gələcək olan Paşinyanla görüş planlaşdırılır. Bu, Paşinyanla ünsiyyət olacaq, sonra da prezident və baş nazir işçi nahar formatında söhbəti davam edəcəklər. Bu vacibdir və əslində, Paşinyanın parlament seçkilərində kifayət qədər inamlı, inandırıcı qələbəsindən sonra ilk xarici səfəridir”. pizza

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı danışıqların ardından hansısa sənədləri imzalamaq planları yoxdur. "Əlbəttə ki, Qarabağ müzakirə ediləcək və indi orada olan rus hərbçiləri və ümumiyyətlə ikitərəfli münasibətlər müzakirə ediləcək, lakin sənədlərin imzalanması planlaşdırılmır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!