“Paşinyan sabah yeni ərazilər verəcək” – İrəvanda etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan sabah yeni ərazilər verəcək” – İrəvanda etiraz

Rəsmi

30 Avqust 2022 18:00 1134


İrəvanda 44 günlük ikinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınları yenidən etiraz aksiyası keçirib. Onlar Baş Prokurorluqdan baş nazir Nikol Paşinyanın dərhal həbs olunması tələb ediblər. 

Yenisabah.az xəbər verir ki, erməni valideynlər övladlarının ölümündə şəxsən Baş naziri günahkar hesab edirlər.

"Paşinyan sabah görüş üçün Brüsselə gedəcək. Amma o, erməni xalqını təmsil etməməlidir, buna haqqı yoxdur. Sabah Baş nazir başqa bir sənəd imzalayacaq, nəticədə yeni ərazilər itirəcəyik” - aksiya iştirakçıları bildiriblər. Marqarita pizza

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü avqustun 31-də Brüsseldə baş tutacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!