Paşinyan separatçıları niyə qapı arxasında qoydu?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan separatçıları niyə qapı arxasında qoydu?

Rəsmi

14 Oktyabr 2022 10:29 982


"“Artsax”dan vaz keçmə ilə bağlı hakimiyyətə ünvanlanan ittihamlar heç də əsassız deyil. Bütün səviyyələrdə bunun şahidi oluruq və bunun təzahürləri son zamanlar daha da qabarıq görünür”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri “Artsax prezidenti” Araik Arutyunyanın İrəvanda uzun müddət qapı arxasında qalması və Paşinyanın onu qəbul etməməsi mövzusuna toxunub. Pepperoni pizza

"Əvvəlcə, bütün nümayəndə heyətinə Nikol Paşinyanın ev sahibliyi edəcəyi planlaşdırılırdı, lakin Ermənistanın Baş naziri onların hamısını qəbul etmək istəmədi ki, “Artsax xalqı”na xoşagəlməz suallar yaratmasın. O, məlumat çatdırmaq üçün yalnız Araik Arutyunyanı qəbul etməyə üstünlük verdi. Qərara alınıb ki, qalanlarını digər şəxslər qəbul etsin", - deyə "Hraparak" yazıb.

Nəşrin yazdığına görə, Xankəndidən gəlmiş digər "rəsmilər"ə də 5 gün ərzində laqeyd münasibət sərgilənib.

"Hraparak" mövzuya belə nöqtə qoyb: "Aydındır ki, Ermənistan hakimiyyəti müharibədən sonra “Artsax”a səfər etməkdən imtina edib. Nikol Paşinyanın rəhbərliyi altında heç bir yüksək vəzifəli məmur iki ildən artıqdır ki, “Artsax”a getməyib. İqtidarın nə etmək istədiyi isə bəllidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!