Paşinyan sirləri açdı: “Müharibə başlayanda bildim ki...“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan sirləri açdı: “Müharibə başlayanda bildim ki...“

Rəsmi

13 Aprel 2022 14:29 1211


"Müharibə başlayandan sonra bildim ki, dəbilqə və zireh problemi var"

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada 2021-ci il üçün hökumət proqramının (2021-2026-cı illər) icrasının yekunlarına dair hesabatı zamanı deyib.

“Biz düşünürdük ki, ordu, ayrıca ailədir. Biz bu ailənin daxili məsələlərinə qarışmamalıyıq ki, hər an gərginliklər yarana bilər” - Paşinyan bildirib. pizza sifarişi

 Baş nazirin sözlərinə görə, bunun yanlış yanaşma olduğu, artıq bu gün bəlli olur:

“Mən ilk dəfə müharibə başlayandan bir neçə gün sonra öyrəndim ki, ordumuzda dəbilqə və zirehlə bağlı problem var”.

“100 milyon dollar verib silah alırdıq, dəbilqə və zireh almaq çoxmu çətin idi?”, - deyən baş nazir sona qədər gedib həqiqəti öyrənmək lazım olduğunu bildirib.

Ordunun hazırkı durumuna gəlincə, Paşinyan qeyd edib ki, bu gün transformasiyanın ən çətin mərhələsindədir, çünki islahatlar ordu üçün çox çətin yoldur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!