"Mən dünən Soçidə üçtərəfli görüş haqqında məlumatı cənab Rəisiyə təqdim etdim".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, İbrahim Rəisi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib: "Bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı İran prezidentinin fikirləri ilə razıyam". pizza mizza
İranın Qafqaz regionunda sülh və təhlükəsizliyə dair prinsipial fikirlərini yüksək qiymətləndirdiyini dilə gətirən N. Paşinyan vurğulayıb: "Bugünkü danışıqların gündəliyindəki bəndlərə regional əməkdaşlıq da daxildir. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanlar var".
Ermənistanın baş naziri əlavə edib: "Biz israr edirik ki, İslam Respublikası rəsmiləri danışıqlarda qaldırdığımız məsələlərdən, eləcə də Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə və Qarabağ məsələsi ilə bağlı münasibətlərdən xəbərdar olmalıdır".
N. Paşinyan danışıqları davam etdirmək üçün İbrahim Rəisini ölkəsinə dəvət edib.
Telegram kanalımız