Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşün nəticələrindən danışıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin daimi komissiyalarının birgə iclasında 2023-cü il Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Baş nazir görüşün nəticəsi olaraq, sülh gündəliyinin həyata keçirilməsi istiqamətində addım atıldığını vurğulayıb.
“Həmin görüşün nəticəsində sülh gündəliyinin həyata keçirilməsi istiqamətində addım atıldığını deyə bilərəm. Sezar pizza
Zənnimcə, çox faydalı və vacib bir görüş oldu. Təbii ki, görüşün həm açıq, həm də qapalı hissəsi baş tutdu, Çox mühüm suallar qaldırıldı. Bilirsiniz ki, Ermənistanda həmin görüşdən əvvəl Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Qarabağ probleminin həlli ilə bağlı bəzi müzakirələr aparılıb. Söhbət danışıqlarda iştirak edən rəsmilərin yeritdiyi siyasətin məzmun baxımından Ermənistan Respublikasının və Qarabağın maraqlarına nə dərəcədə uyğun olmasından gedirdi. Hesab edirəm ki, Soçi görüşünün ən mühüm nüanslarından biri bu sualın cavabı oldu. Bu məsələ ilə bağlı müzakirələr maksimum ictimailəşdi və biz açıq şəkildə bizim siyasətimizin vizyona və çərçivəyə nə qədər uyğun olduğunu görə və müqayisə edə bilərik”, – Paşinyan vurğulayıb.
Telegram kanalımız