Paşinyan sübut etdi: Bakının bir yolu var - Zülfüqarov

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan sübut etdi: Bakının bir yolu var - Zülfüqarov

Siyasət

06 Mart 2025 08:31 22260


Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını ciddi qəbul etmirəm. Artıq üç ilə yaxındır ki, bu təkliflər və bəyanat var. Bu baxımdan yeni nəsə təklif olunmayıb. Bu bəyanat da kənar oyunçulara hesablanıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.

“İstək çox sadədir: Azərbaycana Zəngəzur dəhlizi yox, digər istiqamətlərin istifadəsini təklif edirlər. Azərbaycanın mövqeyi Zəngəzur dəhlizindən sonra digər kommunikasiyaların da qarşılıqlı şəkildə açıla bilməsi ilə bağlıdır. Təcrübə onu göstərir ki, İrəvan beynəlxalq qanunlara uyğun hansısa addım atan deyil, bunu ondan yalnız təzyiqlə almaq mümkündür. Bu məsələdə Ermənistan öz durumunu anlamadan yenə də əvvəlki oyunlarını oynaya bilmə imkanının olduğunu düşünür. İndi də istəyirlər ki, köhnə tezisləri öz diasporları vasitəsi ilə yenidən tirajlasınlar. Ancaq onları himayə edən qüvvələr də artıq dünyada iflic vəziyyətindədir”, - o əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!