Nikol Paşinyan Qazaxıstanın Ermənistanla Azərbaycan arasında sülh prosesində mühüm rolunu yüksək qiymətləndirir.
“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bu barədə o, Ermənistanın baş naziri Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündən sonra jurnalistlərə bildirib:
"Qazaxıstan çox mühüm bir zamanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşü üçün platforma təqdim etdi və bu danışıqlar gələcək inkişaf üçün çox vacib idi". Sezar pizza
Baş nazir xatırladıb ki, Almaatı Bəyannaməsi hazırda Ermənistan və Azərbaycan arasında sülh prosesinin əsasını təşkil edir:
"Bu sənədin həm xüsusi siyasi, həm də simvolik əhəmiyyəti var”.
Paşinyan qeyd edib ki, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitindən sonra o, şəxsən Tokayevə zəng edərək mühüm danışıqlar barədə məlumat verib.
"Bu, həm də mənim indiki vaxtda şəxsi dəstəyinizə, eləcə də Qazaxıstanın dəstəyinə görə mənim minnətdarlığımın ifadəsidir".
Telegram kanalımız