Paşinyan təcili bəyanat verdi - “Gorus-Qafan yolunun bağlanması...“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan təcili bəyanat verdi - “Gorus-Qafan yolunun bağlanması...“

Rəsmi

26 Avqust 2021 12:22 78277


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçiləri tərəfindən Ermənistanı İranla birləşdirən dövlətlərarası yol hissəsinin "blokadası" ilə əlaqədar parlamentdə bəyanatla çıxış edib.

Yenisabah.az xəbər verir ki, bundan əvvəl yolun bağlanması barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

"Azərbaycanlılar yolu bağlayıblar. Bunu Ermənistan tərəfinin Azərbaycan sərhədçilərini bıçaqlaması ilə motivasiya edib. Rəsmi olaraq bunun baş vermədiyini bəyan edirik", - deyə Paşinyan qeyd edib. Pepperoni pizza

Eyni zamanda, o, Azərbaycan tərəfini, əgər belə faktlar varsa, istintaq üçün Ermənistana təhvil verməyə çağırıb.

Nikol Paşinyan həmçinin qeyd edib ki, yolu bağlamaq Azərbaycanın Ermənistan və Rusiya Federasiyası ilə əldə etdiyi razılaşmalara ziddir.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan hərbçilərini sərhəd mühafizəçisinə hücum etməkdə günahlandırır.

Avqustun 25-i saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolunu bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramil Quluzadə
    Paşikə bax da. Nə tez razılaşmadakı bəndi gözə soxursuz. Siz razılaşma zad hərləyənsiz. Razılaşmada Zəngəzur var hələ də it sürünü ordan çəkməmişəm. Sizinlə elə bu cür davranmaq lazımdır
    5 years ago