Paşinyan Təhlükəsizlik Şurasının katibini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Təhlükəsizlik Şurasının katibini işdən çıxardı

Rəsmi

14 İyul 2021 10:54 812


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vəzifəsindən azad edilib.

Yenisabah.az “Armenian News” istinadla xəbər verir ki,bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Müvafiq qərarı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

Paşinyanın başqa bir qərarı ilə Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini təyin edilib. pizza sifarişi

Xatırladaq ki, Ermənistan mətbuatında yayımlanan məlumatlara görə, Qriqoryan “məxməri inqilab”dan əvvəlki dövrdə Qərb tərəfindən maliyyələşdirilən QHT-lərlə fəal şəkildə işləyən şəxsdir və onun tezliklə Ermənistan Xarici İşlər Nazirliyinə rəhbərlik edəcəyi iddia olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!