Paşinyan təşviş içində - “Artıq öz kölgəsindən də qorxur”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan təşviş içində - “Artıq öz kölgəsindən də qorxur”

Rəsmi

21 Noyabr 2021 11:42 1757


Ermənistanın baş naziri Nikol Paşinyanın ağır iqtisadi böhrana baxmayaraq, siyasi opponentlərini dinləmək üçün xaricdə xüsusi proqramlar almaq üçün milyonlarla dollar xərcləyir. Ermənistan mətbuatı qeyd edir ki, Paşinyan, hətta “öz kölgəsindən belə qorxmağa başlayıb”.

Yenisabah.az xəbər verir ki, İrəvanın müxalifyönlü “Hraparak” qəzeti qeyd edir ki, Paşinyanın göstərişi ilə Ermənistanın bütün dövlət qurumlarında foye və kabinetlər mikroskopik “juçoklarla” doldurulur.

Bununla bağlı qəzet bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində baş vermiş insidentdən bəhs edir. Rəislərdən biri “yuxarı instansiya”nın göstərişi ilə dörd əməkdaşını dindirir. Onlar iş yerində baş nazırı “satqın” və “kapitulyant” adlandırıb. Dominos pizza

Hraparak jurnalisti yazır ki, bu rəis öz növbəsində aralarında qadının da olduğu işçiləri “xalçaya” çağırıb və onlardan izahat tələb edib:

"Kişilər dərhal tövbə edərək belə siyasi səhvləri bir daha təkrar etməyəcəklərini vəd ediblər, qadın isə cavab verib ki, hər kəs haqqında istədiyi bir şey söyləmək onun konstitusion hüququdur. Bəlkə Ermənistan artıq demokratik ölkə deyil və orada öz fikrini bildirmək qadağandır?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!