Paşinyan Trampı ittiham etdi: O ABŞ-ın proseslərdəki rolunu azaltmağa çalışır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Trampı ittiham etdi: O ABŞ-ın proseslərdəki rolunu azaltmağa çalışır

Dünya

27 Oktyabr 2020 12:37 6928


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “Vaşinqton görüşü”nün nəticəsi olaraq əldə edilən humanitar atəşkəs qarşı tərəfdən pozulur. Yenisabah.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri ənənlərinə sadiq qalaraq yenə də atəşkəsdən qısa müddət sonra Azərbaycanın mövqelərini atəşə tutublar.

Buna baxmayaraq, Ermənistan atəşkəsin pozulmasında Azərbaycanı ittiham edir. Bu ölkənin Baş naziri Nikol Paşinyan iddia edib ki, Azərbaycan atəşkəsə əməl etmir. Özü də Baş nazir bu məsələdə ABŞ-ın adını xüsusi vurğulayır. “ABŞ-ın Dağlıq Qarabağda atəşkəs yaratmaq cəhdi uğursuzluqla nəticələnib”, - deyə Paşinyan “Twitter” hesabında bildirib. Baş nazirin bu cür təqdimatı təsadüfi deyil.

ABŞ Prezidenti Donald Tramp atəşkəsdən sonra bəyan etmişdi ki, tərəflər razılşamaya əməl edir. Paşinyanın bu bəyanatı əslində Trampa cavabdır. Digər tərəfdən, Ermənistan Qarabağda atəşkəsin bərqərar olunmasında və münaqişənin dinc yolla həllində maraqlı deyil. Əksinə, İrəvan münaqişənin miqyasını böyütməyə və bütövlükdə Cənubi Qafqazı qan çanağına çevirməyə çalışır. Dominos pizza

Bu baxımdan, Ermənistan həm atəşkəsi pozur, həm bu məsələdə Bakını ittiham edir, həm də ABŞ-ın prosesdəki rolunun əhəmiyyətini azaldır. Çünki ABŞ ATƏT-in Minsk Qrupunun  həmsədr ölkəsi kimi Rusiya və Fransadan fərqli olaraq qismən neytrallığını saxlayır. Bu isə İrəvanın maraqlarına uyğun deyil.

Beləliklə, Ermənistan hərbi müstəvidə məğlub olduqca daha təhlükəli siyasi avantüralara əl atır. Hətta dünyanın supergüclərindən olan ABŞ-a meydan oxumaqdan belə, çəkinmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!