Paşinyan TRIPP, Azərbaycanla sülh və sərhədin açılmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan TRIPP, Azərbaycanla sülh və sərhədin açılmasından danışdı

Dünya

17 Noyabr 2025 15:46 437


Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Ellison Hukerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, görüşdə Ermənistan baş naziri iki ölkə arasında əməkdaşlığın son vaxtlar yeni səviyyəyə yüksəldiyini qeyd edib.

Paşinyan Donald Trampın Azərbaycanla sülhün bərqərar olmasına şəxsi töhfəsini yüksək qiymətləndirib. O, avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitində əldə olunan razılaşmaların nəzərdə tutulmuş qrafikə uyğun olaraq davam etdirildiyini qeyd edib. Dominos pizza

Dövlət katibinin müavini vurğulayıb ki, Birləşmiş Ştatlar və Ermənistan arasında davam edən əməkdaşlıq, Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində irəliləyişlə birlikdə Cənubi Qafqazı mühüm ticarət yolu kimi açmağa vəd edir.

Görüş zamanı həmsöhbətlər baş nazir Paşinyan və prezident Tramp arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, işçi qrupların fəaliyyəti, TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin icrası, qarşıda duran proqramlarla bağlı məsələləri müzakirə ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!