“Paşinyan Türkiyə və Azərbaycana xidmət edir“ - Ohanyan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Türkiyə və Azərbaycana xidmət edir“ - Ohanyan

Rəsmi

12 Sentyabr 2022 12:48 1081


"Türkiyə və Azərbaycanın maraqlarına xidmət edən Paşinyan Zəngəzur dəhlizinin verilməsi tələbindən başqa, onların bütün tələbləri ilə praktiki olaraq razılaşıb".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu “Ermənistan” blokunun fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

O əlavə edib: “Amma biz görürük ki, üzük daralır, çünki ordunun bərpası və diplomatiya sahəsində addımların atılması üçün qiymətli vaxt itirilib. Nə qədər ki, Ermənistan məğlubiyyət simvolu kimi təmsil olunacaq, itkilər və təhlükələr durmadan artacaq. Paşinyan öz hakimiyyətini saxlamaq adı ilə Brüssellə Moskva arasında oynayıb, Ermənistanı çətin vəziyyətə salıb, ölkəni geosiyasi qarşıdurmalar teatrına çevirib. Toyuqlu pizza

Bütün bunlara paralel olaraq Bakının mövqeləri güclənib, çünki heç kim zəif Ermənistanı nəzərə almır. Əksinə, Azərbaycanın tələblərini bizim hesabımız hesabına təmin etməyə cəhdlər edilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!