Paşinyan üçün daha bir ağır gün

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan üçün daha bir ağır gün

Dünya

03 Mart 2021 09:45 599


Ermənistan müxalifətinin "Vətənin Qurtuluşu" hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Yerevanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.

"Ordunun və respublikanın prezidentə təzyiqi davam edir. Bizim dəstəyimiz çox güclüdür. pizza mizza

Varlığımız, qətiyyətimiz, möhkəmliyimizlə nəticələr əldə edirik. Baqramyan prospekti mübarizə meydanımızdır, bura evimiz, səngərimizdir. Bu, qorumalı olduğumuz səngərdir. Ermənistanın siyasi gündəliyi burdan diktə edilir”, - İşxan Saqatelyan deyib.

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!