Paşinyan üçün qəpiklər töküldü – Video

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan üçün qəpiklər töküldü – Video

Dünya

10 Dekabr 2020 17:47 906


Ermənistanda kütləvi itaətsizlik aksiyası bu gün də davam edib. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bu gün Nazirlər Kabinetinin qarşısına toplaşan aksiya iştirakçıları binanın önünə qəpiklər səpərək Baş nazir Nikol Paşinyanı İsa Məsihi satan Yəhuda ilə müqayisə ediblər. 

“Nikol Paşinyan bu binada oturacağı müddətdə buraya qəpiklər səpəcəyik. Gedib “otuz gümüş”ü (Yəhuda İsa Məsihi 30 gümüş sikkəyə satıb - red) öyrənsin, bəlkə gözü doydu və bu binanı boşaltdı”, - deyə siyasi fəal Andranik Tevanyan bildirib. pizza mizza

Bundan sonra aksiya iştirakçıları “Nikol satqındır!”, “Nikolsuz Ermənistan!” və “Nikol, get” şüarları səsləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!