Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar və nümayəndə heyətini qəbul edib.
Yenisabah.az xəbər verir ki, Paşinyan və Klaar arasında söhbət zamanı bir sıra aktual məsələlərə toxunulub.
Ermənistan baş naziri qeyd edib ki, hazırda hökumət Aİ tərəfindən Ermənistana verilən 2.6 milyard avroluq maliyyə paketinin prioritetlərini yekunlaşdırmağa çalışır. Marqarita pizza
Nikol Paşinyan və Avropa İttifaqının xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
"Tərəflər ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların bərpasının vacibliyini vurğulayıblar. Regional əhəmiyyətli digər məsələlərə də toxunulub, Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında qeyd edilir.
Telegram kanalımız