“Paşinyan və arvadı bizə çoxlu mövzu verdi“   - “Bu şəhərdə“nin ssenaristi

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan və arvadı bizə çoxlu mövzu verdi“ - “Bu şəhərdə“nin ssenaristi

Şou

16 Noyabr 2020 16:24 1815


“Qələbə xəbərini alandan bəri təəssüratlarım çox yüksəkdir. Hamı kimi sevincimin həddi-hüdudu yoxdur. Hamımızın arzusu bir idi, şükürlər olsun ki, bizə bu qələbənin canlı şahidi olmaq qismət oldu”.

Bu sözləri Yenisabah.az-a “Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov deyib.

O, 2020-ci ilin Azərbaycan xalqı üçün düşərli olduğunu bildirib: pizza mizza

“Ümumiyyətlə, bizim nəsil çox maraqlı nəsildir, hər şeyi gördük - talonla qənd, yağ almağı, hamını aldadıb qaçan bankı, Qarabağın ermənilər tərəfindən işğal olunmasını, azad olunmasını, karantini, koronavirusu gördük. Bizim zəmanə çox maraqlı və dinamikdir. Allaha şükür ki, 2020-ci il  dünyadan fərqli olaraq bizə düşərli oldu. Arzu edirəm ki, qələbə tək 2020-də yox, hər zaman bizimlə olsun. Çünki bizə həm sevinc yaraşır, həm də sevinməyi bacarırıq”.

Ssenarist  “Bu şəhərdə” komandasının tezliklə Paşinyanla bağlı səhnəcikləri təqdim edəcəyini açıqlayıb: “Artıq ölkədə internet məhdudiyyəti aradan götürülüb. Biz də artıq işlərə başlayırıq. Hələ ki, “YouTube” formatında fəaliyyət göstərəcəyik, çünki karantinə görə konsert vermək alınmayacaq. Obraz olaraq Paşinyan bizə o  qədər mövzu verdi ki... Mənim ssenari yazmağıma ehtiyac qalmadı, daha təsirli nəsə yazmaq lazım olmadı, yüngül korrektələr etdim. Bütün mövzuları özü, arvadı verdi. Səhnə üçün əla obrazlarımız var, İnşallah təqdim edəcəyik. Təxminən 10 gün, 2 həftə ərzində yeni səhnəcikləri yerləşdirəcəyik”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!