Paşinyan və Koçaryan deputatlıqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan və Koçaryan deputatlıqdan imtina etdi

Rəsmi

21 İyul 2021 10:42 1688


Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan və “Ermənistan” seçki blokunun sədri Robert Koçaryan 8-ci çağırış deputat mandatından imtina ediblər.

Yenisabah.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan yeni parlamentin tərkibini açıqlayarkən bildirib.

Açıqlamada bildirilib ki, Paşinyan yenidən Baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə “icra strukturunda işləməyə adət etdiyindən” parlament üzvlüyündən imtina edib. Keçmiş prezident bununla belə müxalifətdə qalıb mübarizəsini davam etdirəcəyini vurğulayıb. Dominos pizza

Qeyd edək ki, iyulun 26-da Ermənistanın yeni parlamentinin ilk iclası keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!