Paşinyan xarici işlər naziri tapa bilmir 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan xarici işlər naziri tapa bilmir 

Rəsmi

13 İyul 2021 11:30 1018


“Ermənistanın xarici işlər nazirinin təyin edilməsi məsələsi dalana dirənib”.

Yenisabah.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.

Ermənistan nəşri mövzunu davam etdirərək qeyd edir: “Xarici işlər naziri vəzifəsinə namizəd axtarışı davam edir və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan çıxılmaz vəziyyətdə qalıb: o, namizəd tapmayıb”. Toyuqlu pizza

"Hraparak" əlavə edir: “Fərqli adlar var: fəaliyyəti sona çatan Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Ruben Rubinyan, spiker Ararat Mirzoyan, Baş nazirinin müavini Mqer Qriqoryan və hətta keçmiş müdafiə naziri David Tonoyan.

Sonuncu şəxsin təyin edilməsi Rusiya və ABŞ-da təsdiqlənəcək, lakin müharibədəki məğlubiyyətin günahkarının Xarici İşlər Nazirliyinə gətirilməsi erməni cəmiyyəti tərəfindən xarici siyasətdə də yaxınlaşan məğlubiyyətlərin bir siqnalı kimi qəbul ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!