Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir?   - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Xocalı cəlladını Araikin yerinə gətirir? - Erməni nəşri

Rəsmi

12 Aprel 2021 21:08 1056


Qarabağdakı separatçı rejimin “keçmiş müdafiə naziri” Samvel Babayan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Babayanın siyasi partiyası yoxdur, bir qrup şəxs tərəfindən seçkilərə qatılmağa dəvət edilib. Lakin həmin şəxslərin adlarını çəkməyib. pizza mizza

Babayanın sözlərinə görə, “hərbi təcrübəyə malik bir insan” kimi ona bu komandaya qoşulma təklif edildi.

O, digər siyasi qüvvələrdən heç biri ilə koalisiya qurmayacağını deyib.

Ermənistan mətbuatda vaxtaşırı Baş nazir Nikol Paşinyanın Babayanı separatçıların başçısı Araik Arutyunyana alternativ olaraq gördüyü barədə məlumat yayılır. Babayan bu cür söhbətləri “absurd” adlandırıb.

“Heç kim - nə Paşinyan, nə də başqası mənimlə belə söhbətlər etməyib”, - Babayan qeyd edib.

Xatırladaq ki, Samvel Babayan 1990-cı illərdə Qarabağda işğal siyasəti həyata keçirilərkən erməni işğalçı ordusunun komandanlarından biri olub. O, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım müəlliflərindən biridir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!