“Paşinyan ya təxtibatçıdır, ya da axmaq!” – Köçəryan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan ya təxtibatçıdır, ya da axmaq!” – Köçəryan

Rəsmi

16 İyun 2021 12:02 817


“Ermənistan hakimiyyətinin hərəkətləri təxribatdır, yoxsa axmaqlıq?”

Yenisabah.az “Armeenian News”a istinadla xəbər verir ki, bunu "Ermənistan" blokunun lideri, baş nazirliyə namizəd Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, Ermənistanda heç vaxt belə bir vəziyyət olmayıb. “İki kəlməni bir-birinə bağlaya bilməyən insanlar vəzifəyə təyin ediliblər. Bütün dövlət sistemini hörmətdən salıblar. Hakimiyyətə ya etibar edilir, ya da edilmir, lakin səlahiyyətlilərə hörmət edilmədikdə, bu, ölkə üçün fəlakətdir”. pizza sifarişi

Köçəryan mövcud hökumətin bir neçə vacib nazirliyi ləğv etdiyini xatırladıb. “Ermənistan həmişə ən ciddi təhlükəsizlik təhdidləri yaşayıb. 3 ildə Milli Təhlükəsizlik Xidmətinin 5 rəhbəri dəyişdirilib. Bu təxribat, yoxsa axmaqlıqdır? Qoy hər kəs özü qiymətləndirsin. Müharibədən əvvəl elan olunmamış müharibə vəziyyətində olan bir ölkədə 4 Baş Qərargah rəisi bir-birini əvəz edib. İqtisadi böhran yaşayan bir ölkədə 3 iqtisadiyyat naziri dəyişdirilib. Siyahını davam etdirə bilərəm. Bu o deməkdir ki, insanlar hakimiyyət sisteminin sabitliyinin nə olduğunu anlamırlar. Müqayisə üçün, prezident olduğum dövrdə kənd təsərrüfatı naziri Lokyan 6 il çalışıb. Hörmətli polis rəisi Ayk Arutyunyan 8 il. İndi Xarici İşlər Nazirliyi, ümumiyyətlə, mövcud deyil. Hər şeyin başında özünü idarə edə bilməyən bir adam dayanır, ona görə də, ölkə bu gündədir!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!