"Dağlıq Qarabağın bir ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar "Artsax" ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri ciddi şəkildə həll olunmayana qədər yersizdir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu və bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrliyi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir. pizza mizza
"Ermənistan Respublikası Dağlıq Qarabağda normal yaşayışın, təhlükəsizliyin və insan hüquqlarının qorunmasının təmin edilməsinə yardım göstərməyə davam edəcək. Bu gün biz Dağlıq Qarabağı təcəssüm etdirən İnsana öz minnətdarlığımızı bildiririk və bizim vəzifəmiz onun sülh şəraitində yaşamaq və yaratmaq kimi ayrılmaz hüququnu sülh, sivil yolla, danışıqlar yolu ilə təmin etməkdir... Onlar qarşısında borcumuz Dağlıq Qarabağı, sülhsevər Ermənistanı, Cənubi Qafqazı sülhlə təmin etməkdir”.
Telegram kanalımız