Paşinyan yenə Moskvada:   “Rus kəşfiyyatı yaxşı başa düşür ki...“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan yenə Moskvada: “Rus kəşfiyyatı yaxşı başa düşür ki...“

Rəsmi

16 May 2022 14:05 1042


“Bu gün KTMT-in iclasından əlavə olaraq, Nikol Paşinyanın Rusiya siyasi və hərbi elitası ilə təkbətək görüşləri həyata keçirilə bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva səfərindən söz açıb. pizza hut

Xatırladaq ki, Ermənistanın Baş naziri bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək.

Öz növbəsində T. İsmayılov əlavə edib:

“Nikol Paşinyanın Qərbin və “Sorosun adamı” olması Ermənistanın siyasi sistemində Rusiya ilə münasibətləri pozitiv olan insanların hamısını kənarlaşdırır. Həm rus kəşfiyyatı, həm də Rusiya hakimiyyəti yaxşı başa düşür ki, hazırda Ermənistanda altdan-altdan anti-rus isterikası güclənir. Bunlara görə də, Rusiya Ermənistana daim təzyiqlər etməyə çalışır”. 

Siyasi şərhçi əlavə edib: 

“Brüsseldə Avropa Şurası rəhbərliyi ilə keçirilən görüşlərdə Azərbaycanın sülh təkliflərinə Ermənistanın razılıq verməsi və bütövlükdə bu prosesdə AŞ İttifaqının fəallıq göstərməsi, ABŞ dövlət katibi Entoni Blinkenin mövqeyini ortaya qoyması Rusiyanı ciddi şəkildə narahat edir.

Avropadak; məlum görüşdən sonra Nikol Paşinyan Moskvaya dəvət edilib və o gündən bu günə Ermənistanda aksiyalar baş verir”.

Ekspertin sözlərinə görə, Rusiya öz direktivlərini Nikol Paşinyana müxtəlif formalarda çatdırmağa çalışır:

“Bu gün KTMT-in iclasından kənarda Nikol Paşinyanın Rusiya siyasi və hərbi elitası ilə təkbətək görüşləri həyata keçirilə bilər.

Rusiya, əslində, Azərbaycan və Ermənistan, eyni zamanda, Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasında əsas vasitəçi qismində çıxış etsə də, Paşinyan hakimiyyətinin Qərb siyasi institutları ilə əlaqələrindən ciddi şəkildə narahatdır. Çünki Rusiya Nikol Paşinyanın dürüst siyasi xətt həyata keçirdiyinə inanmır. Hazırda Rusiya bütün rıçaqlarla Nikol Paşinyana təzyiq edərək onu tamamilə özünün əlaltısına çevirməyə çalışır".

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!