Paşinyan yenə Şuşadan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan yenə Şuşadan danışdı

Dünya

31 Yanvar 2021 10:35 1419


Ermənistan Baş naziri Nikol Paşinyan Şuşa ilə bağlı bu yaxınlarda dediyi sözlərə aydınlıq gətirməyə məcbur olub.

“Yeni Sabah” "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Paşinyan "Facebook"da canlı yayım vasitəsilə fikirlərini dilə gətirib. Paşinyan qeyd edib ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar zamanı Azərbaycan digər şərtlərlə yanaşı, azərbaycanlıların Şuşaya qayıtması şərtini də irəli sürdü.

"Söhbət 1992-ci ilə qədər olan demoqrafik status-kvonun bərpasından gedirdi", - deyə Paşinyan bildirib. pizza sifarişi

O qeyd edib ki, bu şərt Ermənistanın hərbi əməliyyatları dayandırmaq barədə qərarından sonra irəli sürüldü. Bu isə o anlama gəlirdi ki, Şuşa sakinlərinin 90%-dən çoxu (96%) azərbaycanlı olmalı idi.

Bu təklif ictimaiyyət arasında yayıldıqdan sonra ermənilər Paşinyanı Şuşanı erməni nəzarətində saxlamaq imkanından istifadə etməməkdə ittiham edib. /Publika.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!