Paşinyana etiraz: “O murdarın uşaqlarımızın məzarına gəlməyini istəmirik”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana etiraz: “O murdarın uşaqlarımızın məzarına gəlməyini istəmirik”

Rəsmi

21 Sentyabr 2022 11:54 979


“O murdarın uşaqlarımızın məzarına gəlməyini istəmirik”. 

Yenisabah.az “Tert”ə istinadla xəbər verir ki, bu sözləri 44 günlük müharibədə həlak olan hərbçilərdən birinin atası “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində deyib.

“Burada bütün valideynlər mənimlə razılaşır. Əgər sən (Paşinyan - red.) ordasansa, bu ziyarətgah murdarlanır. Bu uşaqları öz əlinlə sən öldürdün, indi aktyor kimi gəlirsən, milləti aldadırsan. Sən gəlməkdə səhv edirsən, övladlarımızın məzarları təmiz qalmalıdır. Ondansa, Milli Məclisdə qapıları bağlasınlar, hamı silah götürüb Cermuka (İstisu) getsin, sərhədi qorusun". pizza hut

Zərərçəkənin atası bildirib ki, qırmızı və qara beretlilər (polislər - red.) valideynlərə, o cümlədən analara fiziki xəsarət yetirdiyinə görə məsuliyyət daşımalıdır.

“Övladlarımız anaları, eləcə də bu vətən üçün ölüblər. Bəs yaxşı, bu gün onların əllərini burub buradan niyə aparırsınız? Əgər hökumət üzvlərindən kimsə gəlib oğlumun məzarına gül dəstəsi qoyubsa, deməli, onun qəbrini təhqir edir. Anahit Avanesyan (səhiyyə naziri - red.) kimdir ki, gəlib oğlumun məzarına gül qoymalıdır? Mən bunu bağışlamayacağam", - ölən hərbçinin atası deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!